Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Azəriqaz” borclu olmadığını iddia edən abonentə cavab verib
2019-01-05_150652

Bu gün Lənkəran rayonu, Liman şəhəri, M.Müşfiq küçəsi ev 55 ünvanında yaşayan Bağırov Bəxtiyar Abbas oğlu mətbuatda çıxış edərək bildirib ki, ona itirilmiş qaza görə yazılan borc əsassızdır və guya “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional qaz istismarı İdarəsinin işçiləri qanunsuzluğa yol verib. Hətta onun qonşusunun borcunu ona yazıblar. Bununla da o, məhkəmənin çıxardığı qərarla razılaşmadığını deyib.

“Report” xəbər verir ki, iddia ilə bağlı “Azəriqaz” İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib ki, deyilənlərin heç bir əsası yoxdur. “Çünki ərazidən vaxtilə çəkilmiş foto şəkillər, eləcə də tərtib olunan akt tam sübut edir ki, Bəxtiyar Bağırov açıq-aşkar təbii qazdan qeyri-qanuni istifadə edib. Şirvan Apelyasiya Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Birliyin qaldırdığı məsələ tam təsdiqlənib.

Belə ki, 15 mart 2018-ci il tarixdə Lənkəran rayonu, Liman şəhəri, M.Müşfiq küçəsi ev 55 ünvanında yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçı Bağırov Bəxtiyar Abbas oğlunun evinin yanından keçən aşağı təzyiqli küçə qaz xəttinə dayağın içindən keçməklə sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilib. Bununla da, Bağırov Bəxtiyar Abbas oğlu “Azəriqaz” İstehsalat Birliyi ilə 31 oktyabr 2011-ci il tarixdə qazın alqı-satqısı barədə bağladığı müqavilənin tələblərini kobud şəkildə pozub. Odur ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilib cəmi 2.669 kubmetr olmaqla 533,80 manat dəymiş ziyan hesablanıb”,- o qeyd edib.

Qurumun rəsmisi xatırladıb ki, Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir: “Beləliklə, Şirvan Apelyasiya Məhkəməsi Bağırov Bəxtiyar Abbas oğlunun borcun silinməsi tələbi barədə iddiasını təmin etməyib. Bu qətnamədən kassasiya şikayəti də verilə bilməz.

Onu da qeyd edək ki, hazırda Bəxtiyar Bağırovun kod hesabında qalan real borcu 405,6 manat təşkil edir”.

Paylaş »
››› Naxçıvanda Türkiyə qırıcılarının Yerevana yaxınlaşması Rusiyada narahatlıq yaradıb
››› Azərbaycanda karantin rejiminin yumşaldılması barədə qərar verildi
››› Erməni diasporu rusları Putinə qarşı qalxmağa çağırdı - Video
››› Bakıda sakinlər etiraz edir - Video
››› TƏBİB koronavirusdan sağalan vətəndaşlara müraciət etdi
Son xəbərlər
Bütün xəbərlər »