Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda məhdudiyyətlərin müddəti ilin sonunadək uzadıldı
15344915805b767bbcbd38c9.09989575-0-0-0

Gürcüstan hökumətinin ölkə ərazisində fövqəladə vəziyyət elan olunmadan məhdudiyyətlər tətbiq etmək səlahiyyətinin müddəti 2021-ci ilin yanvarın 1-dək uzadılıb.

“Report” xəbər verir ki, ölkə parlamenti bununla bağlı “İctimai sağlamlıq” haqqında qanuna düzəlişlər layihəsini 79 səslə təsdiqləyib.

Qanuna əsasən, hökumət bu ilin sonunadək vətəndaşların hərəkəti, onların iqtisadi fəaliyyətini məhdudlaşdıra, həmçinin kütləvi tədbirlərin keçirilməsini qadağa edə bilər.

Hökumət həmçinin insanları karantin və ya özünütəcridə göndərmək hüququna da malik olacaq.

Qeyd edək ki, Gürcüstan hökumətinin koronavirusun yayılmasının qarşısının alınması üçün məhdudiyyətlər tətbiq etmək səlahiyyəti iyulun 15-də başa çatır.

Qonşu ölkə COVID-19 pandemiyasının ikinci dalğasını gözləyir və hökumət epidemioloqlarla birgə onun qarşısını almağa hazırlaşır.

Paylaş »
››› Rus general: “Etiraf etmək lazımdır ki, Azərbaycan Ordusu daha güclüdür”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Girov götürülərək işgəncə verilən Azərbaycan vətəndaşının ailəsindən pul tələb edirlər
››› Alimlər Çində yayılan yeni SFTS virusunun COVID-19-la fərqini araşdırır
››› Türkiyədə koronavirusla bağlı son vəziyyət
Son xəbərlər
Bütün xəbərlər »