Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramaldanov: “Bizim generallarımız kabinet generalı deyillər”

“İyulun 12-dən başlayaraq düşmən tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz sahəsində vəziyyəti gərginləşdirərək mövqelərimizə və yaşayış məntəqələrinə hücum etməyə cəhd göstəriblər. iyulun 13-ü gecədən başlayaraq və bu gün səhər saatlarından şiddətli döyüşlər davam edir. Bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Döyüş zamanı Azərbaycan ordusunun yüksək rütbəli zabitlərinin həlak olması xəbərini xalqımız üzüntüylə qarşıladı.

Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov qəhrəmancasına şəhid olub. Onunla bir yerdə polkovnik İlqar Mirzəyev, mayor Əhmədov Namiq, mayor Novruzov Anar, gizir Zeynallı İlqar, gizir Babayev Yaşar, əsgər Mustafazadə Elçin də şəhidlik rütbəsinə yüksəlib.

General-mayor Polad Həşimov General-mayor Polad Həşimov

Müdafiə Nazirliyinin də qeyd etdiyi kimi, bu Azərbaycan Ordusunda generallarla əsgərlərin bir çərgədə, ön sırada düşmənə qarşı vuruşduğunu əyani şəkildə təsdiq edir. Bir daha sübut olundu ki, Azərbaycan Ordusunun generalı tabeliyində olan hərbçilərdən özünü fərqləndirmir, qarşıda duran tapşırığı yerinə yetirmək, dogma torpağını müdafiə etmək üçün öz canını hər an qurban verməyə hazırdır.

Bizimyol.info-ya danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, vətən qarşısında hər bir Azərbaycan oğlu daşıdığı vəzifədən və rütbədən asılı olmayaraq əsgərdir.

Şair Ramaldanov Şair Ramaldanov

“Müharibədə itkilər labüddür. Həlak olanların hamısına Allahdan rəhmət diləyirəm. Cəbhə bölgəsində əsgər-general ayrılığı olmur. Onlar hamısı vətən uğrunda canını verməyə hazır duran igidlərdir. Bu son hadisə onu göstərdi ki, bizim generallarımız kabinet generalı deyillər.Harda vəziyyət ağırdır, orda əsgərə dəstək göstərir, yerində vəziyyəti görüb qərar vermək üçün səngərdə olurlar. Bizim generallarımız birdən- birə general olmayıblar, onlar səngərlərdə yetişib, bu məqama gəlirlər. Müdafiə Nazirliyinin rəhbərliyi də tez- tez cəbhəyə gedir, əsgərlərimizlə birgə səngərləri gəzir, döyüş şəraitini izləyirlər. Demək istəyirəm ki, vətənə xidmət edən hər kəs vəzifə və rütbəsindən asılı olmayaraq öz borcunu yerinə yetirir. Bu o deməkdir ki, onlar bizim əsgərlərimizi qoruyur, nəzarət edirlər. Döyüşdə artilleriya mərmisi əsgər kimdir, general kimdir deyə seçim etmir.O ki qaldı sosial şəbəkələrdə generallarımızın ölümündə xəyanət izi axtaranlara, mən demək istəyərdim ki, bunu deyənlərin özləri xəyanətkarlardır. Bizim ordumuzda heç bir zaman generalına xəyanət edən olmayıb.O hörmətli general idi. Xəyanəti edən düşməndir. Sadəcə general və onun ətrafındakılar əsgərin yanında olaraq atəş altına düşüb. Bunu fərqli yozmaq düşmən dəyirmanına su tökmək, əsgərimizə hörmətsizlik etmək deməkdir”,-deyə ehtiyatda olan zabit qeyd edib.

Bu gün sosial şəbəkələrdə bir generala əvəz olaraq onlarla düşmən leşi sərilməlidir, generalımızın öldürülməsi aktiv döyşülərə başlamağa əsas verir şəklində fikirlər səsləndirilir. Xalqın döyüş ruhu pik həddə çatıb.Bu məsələylə bağlı danışan cənab Ramaldanov söylədi ki, döyüş əmrini vermək birbaşa Ali Baş Komandanın əmrindən asılıdır.

“O əmr edərsə, biz hamımız bir nəfər kimi döyüşə getməyə hazırıq və dəfələrlə prezidentimizə xalq olaraq öz dəstəyimizi bəyan etmişik. Yenə də bəyan edirik. Ali Baş Komandan əmr edərsə bizim mühariə aparmağa da qalib gəlməyə də gücümüz yetər”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »