Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadi İnfeksiya - Pandemiya dünyaya 3,8 trilyon dollar ziyan vurub

Sidney Universitetinin tədqiatçıları pandemiya dövründə dünya iqtisadiyyatını müxtəlif aspektlərdən araşdırmağa imkan verən komyuter proqramı hazırlayıblar. Araşdırmalara dünyanın 38 regionu və iqtisadiyyatın 26 sektoru daxil edilib.

Bizimyol.info nat.geo.ru-ya istinadən xəbər verir ki, araşdırmalar nəticısində ən böyük iqtisadi ziyana Avropa ABŞ və Çinin uğradığı məlum olub. Ən ziyan çəkən sahələr isə nəqliyyat və turizm sahələri adlandırılıb.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının hesablamalarına görə, ötən ilə nisbətən gəlirlər bu il 44% az olacaq.

Bütün dünyada əmək bazarları iflic vəziyyətindədir. 147 milyondan çox insan işində ixtisara düşüb, alınan əmək haqları ümumilikdə 2,1 trilyon dollar azalıb, bu da dünyadakı iqtisadi gəlirin 6 faizini təşkil edir.Qlobal istehlak sahəsində gəlir 4,2 faiz və ya 3,8 trilyon dollar azalıb ki, bu Almaniyanın ümumi daxili məhsulunun həcminə bərabərdir. Beynəlxalq ticarət həcminin azalması 536 milyon dollarlıq iqtisadi itkiyə səbəb olub.

Bu şəkildə itkilər beynəlxalq bərabərsizliyi artıracaq, aşağı gəlirli ölkələrdə səhiyyə sistemi çökəcək.Araşdırmaçılardan biri doktor Arunim Malik hesab edir ki, bəşəriyyət bu şəkildə zərbəni böyük depressiya zamanı yaşayıb ki, o zaman iqtisadi azalma 15% təşkil etmişdi.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »