Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilərin başında “cırtqoz” liderin olması bizim üçün fürsətdir

Son günlər sərhəddə baş verənlər böyük vətən müharibəsinə, Qarabağın işğaldan azadlıq hərəkatına çevrilə bilərmi?

Bizimyol.info-nun sualını Ziyalılar Forumunun həmtəsiçisi, politoloq Eldar Namazov cavablandırır:

Eldar Namazov Eldar Namazov

“Ermənilər ictimaiyyəti yayndırmaq, Aprel sindromundan çıxmaq, bu sindromu sındırımaq və KTMT-ni sınaqdan çıxarmaq istəyirdilər. KTMT onlara demək olar ki, rədd cavabı verdilər. Mən bu durumda bunu diplomatiyamızın qələbəsi hesab etmirəm , əksinə Azərbaycan diplomatiyasını qınayıram. Uzun illər boş danışıqlarla gedib ermənilərin dəyirmanına su töküblər- danışıqlar prosesinin davam etməsi görüntüsünü yaradıblar. Əslində danışıqlar prosesi ölüb. Bizim diplomatiyamız isə bu görüntünü yaradırdı. KTMT-nin bu qərarını biz hələ 5 il önə almalıydıq, öz müttəfiqlərimizlə işləməliydik. Bu müharibə işğal müharibəsidir, onu Tovuza, Naxçıvana, Qarabağa bölmək olmaz.KTMT öz üzvlərinin təhlükəsizliyinə təminat verir, amma üzvlərinə mandat vermir ki, “get işğal et mən sənin arxandayam”. Bizim çay, kofe şəkil çəkdirmək diplomatiyamız bununla məşğul olmadı.Təşkilat ATƏT və BMT-nin qərarları əsasında fəaliyyət göstərəcəyini öz nizamnaməsində qeyd edib və bizim ərazi bütövlüyümüzü qəbul edir. KTMT özü bəyanat verməliydi ki, biz işğlada iştirak edə bilmərik, bizim diplomatiya bunu etməliydi, onların dilindən almalıydıq. Bu bizim diplomatların qələbəsi deyil, KTMT-nin nizamnaməsidir

Bu vətən müharibəsinə çevrilə bilərmi? Mən bunu başqa cür adlandırardım. Bu istiqamətdə geniş əməliyyatlar Tovuz və Qazaxda deyil, Qarabağda başlamalıyıq. 2016-cı ilin Aprel döyüşünü biz davam etdirib sona çatdırmalıyıq. Ermənilər diqqəti başqa istiqamətə yönəltmək istəyirlər.Bu fürsət verilməməlidir. Naxçıvandan da zərbələr vurub Zəngəzuru azad etməli, Qarabağı işğaldan qurtarmalıyıq.

Bu situasiya bizə müharibəyə başlamaq əsası verir. Fikrimi izah edim.

Ermənistanda hələ belə zəif, cırtqoz,şoumen lider olmayıb.Biz düşmənin başında belə birinin dayanmasına sevinməliyik. Ermənistan bu səbəbdən çoxlu böhran yaşayacaq. Nə qədər ki, Paşinyan hakimiyyətdədir, biz qələbəyə nail olmalıyıq. Moskva öz gətirdiyi namizədini hakimiyyətə gətirsə, bizim imkanlarımız azalacaq. İndi bizim üçün əlverişli şərait yaranıb.Azərbaycan ordusu bu gün çox güclüdür, Ermənistan bu gün Rusiya ilə münasibətlərini kəskinləşdirib, Türkiyə- Rusiya münasibətləri yaxşı səviyyədədir.Ən əsası biz ən müasir hərbi texnikaya malikik.Bundan daha yaxşı zaman, fürsət yəqin ki,olmayacaq”

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »