Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın sərhəddəki vəziyyətlə bağlı bəyanatı yayıldı

Amerika Birləşmiş Ştatları Azərbaycan-Ermənistan sərhədində baş verən hadisəylə bağlı bəyanat yayıb.

Bizimyol.info-nun məlumatına görə, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Ortequsun imzaladığı bəyanatda ABŞ-ın sərhəddəki qarşıdurmaları qınadığı bildirilir. Həmçinin ATƏT müşahidəçilərinin bölgəyə gətirilməsinin vacibliyi vurğulanır.

“ABŞ bu zorakılığı qəti şəkildə pisləyir. Tərəfləri dərhal güc tətbiqini dayandırmağa, sonrakı eskalasiyadan qaçmağa çağırırıq. Ölkələri aralarındakı rabitənin birbaşa kanallarından istifadə etməyə, atəşkəsə ciddi əməl etməyə səsləyirik.

Biz Minsk Qrupunun həmsədri kimi tərəflərə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə kömək etməkdə sadiq qalır, ATƏT müşahidəçilərinin bölgəyə gətirilməsi vacib hesab edilik”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »