Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meksikada koronavirusa yoluxanların sayı 300 mini keçib

Meksikada son sutkada 4685 nəfərin koronavirus infeksiyasına yoluxması laborator şəraitdə təsdiqlənib, bununla da virusa yoluxanların ümumi sayı 304 435-ə çatıb. Xəstəliyin ağırlaşması səbəbindən 485 nəfər isə dünyasını dəyişib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel bildirib.

“13 iyul 2020-ci il tarixinə olan məlumata əsasən, COVID-19 infeksiyasına 304 435 yoluxma halı təsdiqlənib, 28 843 aktiv (simptomlar son 14 gün ərzində ortaya çıxıb) və 76 824 şübhəli yoluxma faktı var”, - deyə nazir müavini özünün “Twitter” səhifəsində bildirib.

Son 24 saatda, həmçinin virusa yoluxmuş 485 xəstə vəfat edib, ölənlərin ümumi sayı isə 35 491-dir.

Son xəbərlər
Bütün xəbərlər »