Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Çikaqo marafonu tarixdə ikinci dəfə ləğv edilib
2018-05-02_150526

Çikaqo marafonunun təşkilatçıları 2020-ci il yarışını ləğv ediblər.

“Report” xəbər verir ki, bu barədə “Agency France Press” bildirib.

Agentliyin məlumatına görə, buna koronavirus pandemiyası səbəb olub. Qaçış yarış tarixində ikinci dəfə keçirilməyəcək.

Sayca qırx üçüncü hesab edilən Çikaqo marafonunun keçirilməsi oktyabrın 11-də nəzərdə tutulmuşdu. Güman edilirdi ki, yarışda 45 min idmançı iştirak edəcək. Bu idman tədbiri - dünyada altı əsas marafondan biridir. Yarış 1977-ci ildən keçirilir və daha əvvəl bir dəfə, 1987-ci ildə ləğv olunub. Buna səbəb təşkilatçıların sponsoru itirməsi olub.

Daha əvvəl koronavirus Boston, Berlin və Nyu-York marafonlarının ləğvinə səbəb olub.

Tokio marafonu tamaşaçıların iştirakı olmadan keçirilib. London marafonu 26 apreldən 4 oktyabra təxirə salınıb.

Paylaş »
››› Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı açıqlama
››› Övladlarının təhsili üçün ildə 300 min dollar xərcləyən deputatın adı açıqlandı - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Çavuşoğlu: "Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır"
››› DİN-dən sosial şəbəkələrdə yayılan fotolarla bağlı açıqlama - Foto
Son xəbərlər
Bütün xəbərlər »