Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Dünya Səhiyyə Təşkilatı: “Bir çox ölkə səhv yoldadır”
Koronavirus

Dünya Səhiyyə Təşkilatı koronavirusa görə çox ittiham olunur. Amma beynəlxalq qurum da məsuliyyəti üzərindən atmağa çalışır. Səhiyyə təşkilatı ayrı-ayrı ölkələri doğru tədbirlər görməməkdə ittiham edir.

Bizimyol.info xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus vəziyyətin daha da pis olacağı ilə bağlı ehtimalını səsləndirib. Onun fikrincə, dünyanın müəyyən hissəsində mübarizə düz aparılmır:

Tedros Adhanom Qebreysus Tedros Adhanom Qebreysus

“Bir çox ölkə səhv yoldadır. Vuris xalqın bir nömrəli düşməni olduğu halda yanlış addımlar atırlar. Təməl tədbirlər olmasa, virus yalnız artan xətt üzrə gedəcək”.

Qebreyesusun əsas tənqid hədəfi karantin rejimi tətbiq etməyən və ya yumşalma tədbirlərinə gedən ölkələrdir. Dünya Səhiyyə Təşkilatı belə tezliklə arxayınlaşmamağı tövsiyə edir.

İndiyə qədər dünyada 13.1 milyondan çox insanda infeksiya aşkarlanıb. Ölənlərin sayı 600 minə yaxınlaşır.

Paylaş »
››› Cahangir Əsgərovun AZAL-ın pullarını hara xərclədiyi məlum oldu
››› Bill Qeyts koronavirusdan da dəhşətli fəlakət barədə xəbərdarlıq edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Bakıda ata azyaşlı övladının boğazını kəsib şəklini arvadına göndərib - Foto
››› Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib
Son xəbərlər
Bütün xəbərlər »