Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Məmmədyarov Çavuşoğlu ilə telefonda danışdı
Elmar Məmmədyarov

Bu gün Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyə Cümhuriyyətinin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Qafqazinfo"ya verilən məlumata görə, Elmar Məmmədyarov həmkarına Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hərbi təxribatının qarşısının alınması və hazırda bölgədə davam edən gərgin vəziyyət barədə məlumat verib.

Bölgədəki artan gərginliyin bütün məsuliyyətinin Ermənistan üzərində olduğunu qeyd edən E. Məmmədyarov məsələnin kökündə Ermənistanın təcavüzkar siyasəti və bu siyasətin nəticələrinin aradan qaldırılmaması durduğunu vurğulayıb. O, Türkiyənin ədalətli mövqeyinə və Ermənistanın son təxribatını pisləyən bəyanatına görə təşəkkür ifadə edib.

Nazir Mevlüt Çavuşoğlu Azərbaycanın mövqeyinin ədalətli olduğunu, beynəlxalq hüququn prinsiplərinə, o cümlədən BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT TŞ-nin qətnamələrinə əsaslandığını qeyd edib və Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib.

Paylaş »
››› Cahangir Əsgərovun AZAL-ın pullarını hara xərclədiyi məlum oldu
››› Bill Qeyts koronavirusdan da dəhşətli fəlakət barədə xəbərdarlıq edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Bakıda ata azyaşlı övladının boğazını kəsib şəklini arvadına göndərib - Foto
››› Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib
Son xəbərlər
Bütün xəbərlər »