Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəlilabadda yas mərasiminin keçirilməsinin qarşısı alınıb

Cəlilabad Rayon Polis Şöbəsinə rayon sakini olan R.İmanovun rəhmətə getmiş qohumuna

Təzəkənd kəndində il mərasimi təşkil etməsi barədə məlumat daxil olub.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və yas mərasiminin keçirilməsinin, insanların ora toplaşmasının qarşısı alınıb. Karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb.

Karantin qaydalarını pozan R. İmanov və həmin məclisdə iştirak edən daha bir nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Son xəbərlər
Bütün xəbərlər »