Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kamil Zeynallı: “Gecə yaralı əsgərlərə qan verməyə getdik...”

“Bəzi səhifələr yaralı əsgərlərimizə qan tələb olunduğunu yazıblar. Biz də bu səbəbdən gecə hospitala qan verməyə getdik”.

“Ölkə.az” xəbər verir ki, bu sözləri idmançı Kamil Zeynallı “İnstagram” səhifəsində cəbhədə yaralanan əsgərlər haqqında yayılan yalan məlumatlardan danışarkən deyib. O, insanları dezinformasiyalara uymamağa çağırıb.

“Bizə orada bildirdilər ki, heç bir əsgərə qan lazım deyil. Yaralı əsgərlərimiz hər bir şeylə təmin olunub, onların vəziyyəti stabildir. Bu barədə yayılan məlumatlar əsassızdır. Heç bir narahatlığa səbəb yoxdur”,- deyə o, bildirib.

Xatırladaq ki, İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində atəşkəs rejimini pozaraq mövqelərimizi ağır artilleriya atəşinə tutublar. Hücuma cəhd göstərən erməni dəstələri Azərbaycan Ordusunun şücaətli əsgərləri tərəfindən dəf edilərək, düşmən geri otuzdurulub.

Son xəbərlər
Bütün xəbərlər »