Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mehriban Əliyeva: “Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq!

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesabında paylaşım edərək şəhid ailələrinə başsağlığıverib, xəstələrə şəfa diləyib və cəbhədəki vəziyyətlə bağlı münasibət bildirib.

Bizimyol info xəbər verir ki, Birinci vitse-prezidentin paylaşımında deyilir:

“Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq!

Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaqdır! Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik! Şəhid analarına və atalarına öz dərin kədərimi və hörmətimi bildirirəm.

Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!”

Son xəbərlər
Bütün xəbərlər »