Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yapon xanımın boğazından soxulcan çıxdı

Həkimlər 25 yaşlı yapon xanımın boğazından 4 santimetrlik soxulcan çıxarıblar.

Bizimyol.info The American Journal of Tropical Medicine and Hygiene-ə istinadən xəbər verir ki, qurd xanımın bədəninə çiy halda yeyilən dəniz məhsullarından ibarət saşimi adlı yemək vasitəsilə düşüb.

Yeməyi yedikdən 5 gün sonra xanım boğazında və qırtlağındakı bərk ağrılara görə həkimə müraciət edib. Qan analizləri normal olan xanımın boğzaını müayinə edərkən onun sol badamcığında qəribə tünd kütlə müşahidə olunub.

Əməliyyat olunan qadının boğazından 4 santimetrlik qara soxulcan çıxarılıb.

Pseudoterranova azarasi növündən olan bu canlılar çiy ət vasitəsilə insan orqanizminə düşə bilirlər.Bu günə qədər insan boğazından 700 dəfə soğulcan çıxarılması faktı mövcuddur. Mədədən isə soxulcan çıxarılması dəfələrlə müşahidə olunub.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »