Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş nazirin koronavirusdan sağalan xanımı və anası vəfat etdilər

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, "İmproteks Şirkətlər Qrupu"nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Report"a sabiq nazirin ailə üzvlərindən məlumat daxil olub.

Bildirilib ki, F.Ələkbərovun anası Ruqiyyə Ələkbərova və həyat yoldaşı İradə Ələkbərova dünyasını dəyişib.

"Ruqiyyə Ələkbərova və İradə Ələkbərova koronavirusdan vəfat etməyiblər. Ruqiyyə Ələkbərova yaşlı qadın idi. İradə xanım isə bir müddət əvvəl koronavirusa yoluxsa da, müalicə olunaraq sağalmışdı. Amma sağaldıqdan sonra insult keçirmişdi və buna görə də həkimlər onun həyatını xilas edə bilmədi", - məlumatda bildirilib.

Qeyd edək ki, F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb. Bir müddət əvvəl onun anasının koronavirusdan vəfat etdiyi barədə məlumat yayılmışdı.

Son xəbərlər
Bütün xəbərlər »