Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya və Türkiyənin cəbhədə baş verənlərə fərqli münasibəti

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu təmas xəttində Ermənistan tərəfinin törətdiyi təxribatla bağlı danışıb.

Bizimyol.info-nun məlumatına görə,Çavuşoğlu açıqlamasında “Ermənistan ağlını başına yığsın. Biz bütün imkanlarımızla Azərbaycanın yanındayıq" deyib

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda isə bildirilib ki, "Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatlığını keçirir".

"Daxil olan məlumatlara görə, hərbi əməliyyatlar davam edir, artilleriyadan istifadə olunur, ölən və yaralananlar var. Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk.

Bölgənin təhlükəsizliyini təhdid edən eskalasiyanın yolverilməz olduğunu düşünürük. Tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq.

Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyi vəziyyətin sabitləşməsi üçün lazımi köməkliyi göstərməyə hazırdır".

Sosial şəbəkə istifadəçiləri Çavuşoğlunun bəyanatdından sonra “Biz Türkiyəni buna görə sevirik” deyə şərhlər veriblər.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »