Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: “Azərbaycanın ərazi bütövlüyünün qorunmasına əlimizdən gələn dəstəyi verəcəyik”
Mövlud Çavuşoğlu

“Ermənistan Tovuz istiqamətində xaincəsinə hücum edib. Dörd azərbaycanlı qardaşımız şəhid olub. Əlbəttə ki, Azərbaycan Ordusu lazımi cavabı verib və düşməni geri oturdub”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “TRT Haber”ə müsahibəsində deyib.

O bildirib ki, Ermənistan yeni toqquşma meydanı yaratmaqla, diqqəti işğal etdiyi ərazilərdən başqa istiqamətə yönəltmək istəyir.

“Ermənistan bu günə kimi münaqişənin siyasi həll yoluna yaxın durmayıb. Beynəlxalq ictimaiyyətin səmimi və qeyri-səmimi cəhdləri olub. Lakin Ermənistan indiyədək heç bir həll yoluna yanaşmayıb. Ermənistanın etdiyi qəbuledilməzdir. Ermənistan ağlını başına yığsın, Azərbaycan tək deyil. Biz Türkiyə Cümhuriyyəti və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Azərbaycanın ərazi bütövlüyünün qorunmasına əlimizdən gələn dəstəyi verəcəyik. Biz demişik ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı həll yolunu seçəcəksə, biz Azərbaycanın yanında olacağıq. Bu həssas bir cümlədir. Bunu bilərəkdən dedim”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

Paylaş »
››› Bakıda sakinlər etiraz edir - Video
››› Rusiyalı həkim azərbaycanlı həmkarlarının səhvləri haqda: "İnsanın imkanları xaricindədir"
››› Elşad Mirinin qızı Amerikada 9 ali məktəbə qəbul oldu, prezident təqaüdünə layiq görüldü
››› DİN rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb
››› Vaqif Əsədovdan ləğv olunan cərimə ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »