Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Vaqif Dərgahlı: Cəbhə bölgəsindəki vəziyyətlə bağlı sosial şəbəkələrdə əsassız məlumat yayılır
Vaqif Dərgahlı

Cəbhə bölgəsindəki vəziyyətlə bağlı sosial şəbəkələrdə əsassız məlumat yayılır.

Bunu jurnalistlərə açıqlamasında Müdafiə nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqından, xüsusən də KİV nümayəndələrindən xahiş edirik ki, bu məsələ ilə bağlı yalnız rəsmi məlumatlara istinad etsinlər: "Yalan məlumat yaymaq düşmən dəyirmanına su tökməkdir. Həmçinin bir qrup şəxs sosial şəbəkələrdə Azərbaycan Ordusuna dəstək məqsədilə çağırışlar ediblər.

Biz anlayırıq ki, bu, vətəndaşlarımızın vətənpərvərlik hissindən irəli gəlir. Amma bildirmək istəyirik ki, Azərbaycan Ordusunun bölmələri, əsgərləri düşmənə cavab verməyə qadirdir. Bu cür məlumatlar yayıb çağırış etməyə ehtiyac yoxdur. Bu məlumatlar yalnız düşmənin maraqlarına xidmət edir. Hazırda bölgədə atəşkəsin pozulması davam edir, ara-sıra qarşılıqlı artileriya zərbələri endirilir".(trend)

Paylaş »
››› Cahangir Əsgərovun AZAL-ın pullarını hara xərclədiyi məlum oldu
››› “Kubada nə səhiyyə var ki, ordan həkim gətirirlər...”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib
››› Beyrutdakı partlayışın arxasındakılar -Türkiyə Fransa və ərəb dünyası ilə üz-üzə
Son xəbərlər
Bütün xəbərlər »