Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Etibar Məmmədov hökuməti fəal hərbi əməliyyatlara çağırdı

AMİP lideri Etibar Məmmədov son döyüşlərlə bağlı bəyanat verib.

Virtualaz.org bildirir ki, bəyanatda deyilir: “Bu gün (dünən-red.) günorta saatlarından etibarən Ermənistan hərbi birləşmlərinin Azərbaycan-Ermənistan sərhəddi boyunca Tovuz istiqamətində mövqelərimizin ələ keçirilməsi məqsədilə hücuma keçməsi nəticəsində üç əsgərimiz şəhid olmuşdur. Şəhidlərimizə Allahdan rəhmət diləyir, yaxınlarına və bütün xalqımıza baş sağlığı verirəm”.

E.Məmmədov daha sonra bildirib: “Bunlar bir daha onu göstərir ki, danışıqlar prosesinin perspektivi yoxdur. Aparılan danışıqlar dayandırılmalı və işğal olunmuş torpaqlarımızın düşməndən təmizlənməsi üçün əməliyyatlar keçirilməlidir”.

AMİP lideri vurğulayıb ki, artıq gözləməyə vaxt yoxdur və qərar vermək zamanıdır: “Bütövlükdə xalqımız da bu qərarı səbirsizliklə gözləyir. Mən inanıram ki, bu istiqamətdə addımların atılacağı halda hər bir Azərbaycan vətəndaşı da sonacan Ordumuzun və əsgərimizin arxasında olacaqdır”.

Son xəbərlər
Bütün xəbərlər »