Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfir: "Danışıqlar nəticə verməsə, döyüş əməliyyatlarının başlaması təbiidir"

“Azərbaycan xalqı öz ərazinin işğal olunmasını heç vaxt qəbul etməyəcək. Azərbaycan torpaqları işğal altında qaldıqca bu kimi hadisələr labüddür”.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu son günlər cəbhə xəttində vəziyyətin gərginləşməsini yerli radioya şərh edərkən bildirib:

“Bu barədə 2016-cı ildə fəal hərbi əməliyyatları vaxtı da bildirmişdik. Təəssüflər olsun ki, qonşumuz olan böyük dövlətlər bu münaqişəni donduraraq onun sonsuz uzanmasını istəyir. Danışıqlar elə danışıq naminə aparıla bilməz. Danışıqlar bir nəticə verməlidir. Nəticə olmasa, döyüş əməliyyatlarının başlaması təbiidir. Odur ki, mövqelər birdəfəlik və aydın şəkildə ortaya qoyulmalıdır. Həmin mövqenin eşidilməməsi, başa düşülməməsi mənim üçün qəribədir. Azərbaycan xalqının öz torpaqlarını itirməyə heç vaxt razılaşmayacağını dəfələrlə söyləmişik. Söhbət Azərbaycan ərazisindən xarici qoşunların çıxarılmasından gedir. Onlar Azərbaycan ərazisində qaldıqca bu cür toqquşmalar da olacaq, günlərin bir günü də tam miqyaslı müharibəyə çevriləcək. Bu da bütün region üçün fəlakət olacaq”.

“Məsələ kimin birinci atəş açmasında, kimin cavab verməsində deyil. Məsələ bütün bunların niyə baş verməsindədir. Niyəsi də Azərbaycan torpaqlarının işğal altında qalmasıdır. Xarici qoşunlar Azərbaycan ərazisini zorla nəzarətdə saxlayır. Mən bunu çəkinmədən deyirəm, münaqişəni beynəlxalq hüquqa əsasən həll etməyin vaxtı gəlib. Beynəlxalq hüquq da bütövlüklə Azərbaycanın tərəfindədir. Daha nə qədər dözməliyik? Təsəvvür edin, kimisə evinizə buraxıb bir müddət qalmasına icazə vermisiniz, həmin adam da bir gün sizə deyir ki, mən burada yaşamışamsa, ev mənimdir, sən rədd ol çıx get.

Bu gün Azərbaycan ordusu Ali Baş Komandan tərəfindən qoyulan vəzifəni həll etməyə qadirdir. Ali Baş Komandan qan tökülməsini istəmədiyi üçün belə bir əmr vermir. Dünən Azərbaycan növbəti dəfə itkilər verib. Biz bunu gizlətmirik. Məsələ həll olunmalıdır və biz onu dinc yolla həll etməyə hazırıq. Amma danışıq naminə danışıqlar yox, məsələni irəli apara biləcək substantiv danışıqlar aparılmalıdır. Nə qədər məsələ həll olounmayıbsa, bu cür hadisələr baş verə bilər, – diplomat fikirlərini çatdırıb.

Son xəbərlər
Bütün xəbərlər »