Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Deputat: Cəbhə boyu təzyiqlərimizi artırmalıyıq
muharibe qarabag

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edir. Sərhəddə baş verənlər fonunda Ermənistan rəsmiləri dərhal ATƏT-in Minsk qrupuna, Rusiyaya,KTMT-yə müraciət edərək Azərbaycan tərəfini ittiham etdi. Bəs cavab olaraq biz hansı analoji addımları atmalıyıq? Gərəkirsə böyük döyüşə hazırıqmı?

Bizimyol.info-nun bu sualına cavab olaraq deputat Nəsib Məhəməliyev qeyd edib ki, ermənilərin KTMT-na və digər beynəlxalq təşkilatlara şikayət etmələri gözləniləndir.

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

“Çünki Ermənistan silahlı qüvvələrinin, iki dövlətin sərhəddində yerləşən Tovuz rayonu ərazisində təxribat törətmələri, məhz o məqsədlə törədilmişdir ki, onların KTMT-a şikayət etmək üçün əllərində əsas olsun. Aydındır ki, həmin təşkilatın əsasnaməsinə görə, üzv ölkələr Azərbaycanın işğal olunmuş ərazilərində, Dağlıq Qarabağda hər hansı bir əməliyyat keçirə bilməzlər. Eyni zamanda nəzərə almaq lazımdır ki, o ölkələrlə Azərbaycan arasında dostluq münasibətləri mövcuddur və onlar ölkəmizlə, ermənilərə görə müharibə etmək istəmirlər. Buna görə də Paşinyan iqtidarı, daxili ictimai siyasi prosesləri yayındırmaq, Rusiya ilə aralarında yaranmış kəskin fikir ayrılıqlarını aradan qaldırmaq və onları Azərbaycan əleyhinə qaldırmaq üçün belə təxribatlara əl atırlar. Hər kəsə bəllidir ki, Azərbaycan, işğal altında olan torpaqlarımız istisna olmaqla, heç bir əraziyə iddialı deyil. Bizim məqsədimiz ancaq və ancaq beynəlxalq sənədlərdə təsbit olunmuş əraziləri qaytarmaqdır. Dövlət olaraq,biz ilk növbədə münaqişənin həlli üçün təyin olunmuş ATƏT-in Minsk qrupu həmsədrləri qarşısında məsələni ciddi şəkildə qoymalı, problemin həllini yaxın zamanlarda təmin olunması tələb olunmalı, əks halda həmin qrupun buraxılması məsələsini qoymalıyıq. İndiyə qədər həyata keçirilən turist səfərlərinin davam etdirilməsinin mümkünsüzlüyü qeyd olunmalıdır. Ermənistanla sərhəddə yox, İşğal olunmuş ərazilərdə cəbhə boyu separatçılara təzyiqlərimizi artırmalıyıq. Dünən baş verən hadisələr bir daha göstərdi ki, azərbaycan xalqı öz ordusunun yanındadır və Ali Baş komandanın əmrlərinə müntəzirdir”,- deyə deputat qeyd edib.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) əsası 1992-ci il mayın 15-də 6 ölkənin – Rusiya, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın dövlət başçılarının imzaladığı müqavilə ilə qoyulub. Hərbi təcavüzə qarşı birgə müdafiəni də nəzərdə tutan, 5 il müddətinə imzalanmış sənədə 1993-cü ildə Belarus, Azərbaycan və Gürcüstan da qoşulub, üzvlərin sayı 9-a qalxıb. Ölkə parlamentlərində təsdiq prosesi bitən gün – 20 aprel 1994-cü ildə kollektiv təhlükəsizlik müqaviləsi qüvvəyə minib.

2 aprel 1999-cu ildə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan müqavilənin hər 5 ildən bir avtomatik uzadılmasını nəzərdə tutan protokolu imzalayıblar. Azərbaycan, Gürcüstan, Özbəkistan bu addımı atmayıblar və KTMT üzvlərinin sayı 6-ya düşüb.

ATƏT-in Mİnsk qrupuna gəlincə, Qrupun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayır. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995-1996-cı illər ərzində İsveç və Rusiya başçılıq etmişdi. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər. Bu qrup artıq uzun illərdir formal və yarıtmaz fəaliyyəti ilə özünü nüfuzdan salıb.

İlhamə Rəsulova

Paylaş »
››› İsveç heç vaxt karantin tətbiq etməməklə nə qazandı...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Koronavirus xəstəliyini keçirib-keçirmədiyinizi necə öyrənə bilərsiniz...
››› Bakıda daha bir müəllim koronavirusun qurbanı oldu - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »