Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rus politoloq cəbhədə baş verənləri şərh etdi – “Siyasi manevr ola bilər”

Ermənistanla Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi Rusiya mətbuatı tərəfindən diqqətlə izlənilir və işıqlandırılır. Rusiya Elmlər Akademiyasının baş elmi işçisi, politoloq Stanislav Pritçın baş verənləri RİA Novosti-yə şərh edərək, konfliktin kəskinləşməsinə səbəb görmədiyini, bunun ölkə daxili siyasi və qitisadi böhranı arxa plana keçirmək üçün gündəmi dəyişmək məqsədilə edildiyini deyib. Lakin Pritçın gündəmin kim tərəfindən dəyişdirilməsinə aydınlıq gətirməyib.

Qeyd edək ki, RİA Novosti bu gün hadisələri işıqlandırarkən Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatlarını əsas götürüb.Pritçın zaman-zaman müşahidə olunan gərginliklərin hansısa iqtisadi böhran fonunda baş verdiyini söyləyib:

“Bir qayda olaraq həmişə tərəflər arasında silahlı qarşıdurma iqtisadi gərilmələr fonunda baş tutur.Bu gün yenə eyni hal baş verir.Hər iki tərəfdə müəyyən narazılıqlar baş qaldırıb. Hazrda Ermənistanda siyasi böhran kifayət qədər aydın görünür, koronavirusun yaratdığı böhran bunu daha da artırır, iqtisadi aktivlik, insanların hərəkət qabiliyyəti süni surətdə dondurulub, insanlar real iş istəyirlər. Azərbaycanda da demək olar ki, eyni vəziyyətdir, ikinci dalğa səbəbi ilə karantin tədbirləri sərtləşdirilib, Bu da insanlarda narazılıq yaradır. Belə şəraitdə lokal qığılcımlar gündəmi dəyişməyə imkan verir. Əks halda müharibənin başlaması üçün qlobal bir səbəb görmürəm”,- deyə ekspert bildirib.

“Hazırki gərginliyin nə qədər davam edəcəyi barədə onu demək olar ki, bu tərəflərdən birinin özünü nə qədər sərt aparacağından asılıdır.Bu günki gərginliyin hansı yöndə inkişaf edəcəyi önəmlidir Hər iki respublikadakı karantin şəraiti altında hadisələrin necə inkişaf edəcəyi çox maraqlıdır. Tərəflər bunu cəmiyyətin fikrini yayındracaq manevr kimi istifadə edəcəkmi və ya bu hansısa böyük savaşın məşqidirmi? Buna bu gün cavab vermək imkansızdır.Mənim ehtimalıma görə bu baş verən ümumi gərginliklərdən sonra təmas xəttində emosiyaların partlaması sayıla bilər”,- deyə rusiyalı politoloq qeyd edib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »