Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda gəminin heyət üzvləri koronavirusa yoluxdu
Koronavirus

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Qurban Abbasov” kran-montaj gəmisinin 19 heyət üzvünün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Bizimyol.info Report-a istinadən xəbər verir ki, Xəzər dənizində neft buruqlarının tikintisi üzrə ixtisaslaşmış gəmidə işçilərin bəzilərinin bədəninin temperaturu yüksəlib və bundan sonra bütün heyət üzvlərindən koronavirus üçün yaxma nümunələri götürülüb.

Məlum olub ki, 35 heyət üzvündən 19- u koronavirusa yoluxub.

Xəstələr Bakı Atletlər Kəndində müalicəyə cəlb olunublar.

Vəziyyəti nisbətən ağır olan dənizçilər isə Cəlilabad və Astara Rayon Mərkəzi Xəstəxanalarına göndəriliblər.

Paylaş »
››› Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı açıqlama
››› Övladlarının təhsili üçün ildə 300 min dollar xərcləyən deputatın adı açıqlandı - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Deputatla Ramin Bayramlı arasında gərginlik
››› Çavuşoğlu: "Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır"
Son xəbərlər
Bütün xəbərlər »