Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda iki dost güllələndi
qq1537440089

Bakıda silahlı insident baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Mikayılov Əliağa Əkrəm oğlu və onun dostu 1988-cı il təvəllüdlü Qasımov Faiq Babaqulu oğlu mübahisə etdiyi şəxs və ya şəxslər tərəfindən güllələniblər.

Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı Ə. Mikayılovda sağ bud nahiyəsinin dəlib keçən bir ədəd güllə yarası, F. Qasımovda isə sol budun dəlib keçən bir ədəd güllə yarası aşkarlanıb. Hər iki yarali əməliyyat olunub.

Qeyd edək ki, Əliağa Faiqgilə qonaq gəlib və hadisə onun həyətində baş verib.

Hazırda cinayətin təfərrüatı araşdırılır.

Paylaş »
››› Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı açıqlama
››› Övladlarının təhsili üçün ildə 300 min dollar xərcləyən deputatın adı açıqlandı - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Deputatla Ramin Bayramlı arasında gərginlik
››› Çavuşoğlu: "Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır"
Son xəbərlər
Bütün xəbərlər »