Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Liviyada atəşkəs üçün şərti açıqladı
Mövlud Çavuşoğlu

Türkiyə Liviyada atəşkəs üçün şərti açıqlayıb.

APA-nın məlumatına görə, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, Xəlifə Haftarın rəhbərlik etdiyi silahlı birləşmələr böyük aviabazaların yerləşdiyi strateji Sirt və Cufra şəhərlərindən çəkilməlidir.

M. Çavuşoğlu deyib ki, Fayez Sərracın başçılıq etdiyi Liviya hökuməti yalnız bu halda atəşkəsə razıdır. Türkiyə Xarici İşlər naziri qeyd edib ki, iyun ayında Rusiya Liviyada atəşkəslə bağlı danışıqlara başlanılması üçün konkret tarix təklif edib: “Ancaq rəsmi Tripoli atəşkəslə bağlı danışıqlara başlanılması üçün Sirt və Cufranın azad edilməsini şərt kimi irəli sürüb. Atəşkəs yalnız tərəflərin 2015-ci ildə yerləşdiyi mövqelərə qayıtmasından sonra mümkün ola bilər”.

Türkiyə Xarici İşlər naziri onu da bildirib ki, Liviyada vəziyyətin daha da gərginləşməsi bu ölkədə münaqişə tərəflərini dəstəkləyən xarici qüvvələr arasında birbaşa toqquşmalara gətirib çıxara bilər.

Paylaş »
››› Naxçıvanda Türkiyə qırıcılarının Yerevana yaxınlaşması Rusiyada narahatlıq yaradıb
››› Azərbaycanda karantin rejiminin yumşaldılması barədə qərar verildi
››› Erməni diasporu rusları Putinə qarşı qalxmağa çağırdı - Video
››› Bakıda sakinlər etiraz edir - Video
››› TƏBİB koronavirusdan sağalan vətəndaşlara müraciət etdi
Son xəbərlər
Bütün xəbərlər »