Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Neftə tələbat çoxalır: Səudiyyə və Rusiya hasilatı artırır
Neft

OPEK+ üzvləri axırıncı dəfə mayın 1-də neft hasilatını azaltmaq qərarı vermişdi. Çünki ölkələr qlobal böhrana görə bir-birinin ardınca karantin rejimi tətbiq etmişdi. Yanacağa çox ehtiyac duyulmurdu. Neftə tələbatın müəyyən qədər artması şərtlərə yenidən baxmaq zərurəti yaradıb.

Bizimyol.info xəbər verir ki, Səudiyyə Ərəbistanı və Rusiya hasilatı artırır. Bu ölkələrə başqa qoşulmaq istəyənlər də var. Hasiları artırmaq tərəfdarları videgörüş formatında danışıqlar aparmağı planlaşdırır.

“RBC Capital Markets”in analitiki Helim Kroft hesab edir ki, istənilən halda OPEK+ üzvləri ehtiyatlı qərar verəcək. Çünki üfüqdə qlobal böhranın ikinci dalğası görünür. Kroft bundan əvvəl daha bədbin açıqlamaları ilə seçilmişdi. O, qiymətlərin belə tezliklə qalxmayacağını düşünənlərdəndir.

OPEK+ sutkalıq hasilatı 9.6 milyon barel azaltmışdı. Artımın bütün hallarda böyük olmayacağı ehtimal edilir.

Proqnozlara görə, həm bu il, həm də 2021-ci ildə neftə əvvəlki tələbat bərpa olunmayacaq. Məsələn, bu ilin üçüncü kvartalında keçənilki analoji dövrlə müqayisədə tələbatın 6.5 milyon barel az olacağı gözlənilir.

Paylaş »
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Alimlər Çində yayılan yeni SFTS virusunun COVID-19-la fərqini araşdırır
››› Türkiyədə koronavirusla bağlı son vəziyyət
››› Avqustun 10-na olan hava proqnozu
››› Azərbaycan-Türkiyə təlimlərinə xüsusi təyinatlılar da cəlb edildi - Video
Son xəbərlər
Bütün xəbərlər »