Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp pandemiya dövründə ilk dəfə tibbi maskadan istifadə etdi - Foto

ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası dövründə ilk dəfə tibbi maskada görünüb.

Modern.az xəbər verir ki, amerikalı dövlət başçısı Vaşinqtonun kənarında yerləşən, döyüş bölgəsində yaralanan hərbçilərin də müalicə olunduğu “Walter Reed” xəstəxanasına baş çəkib.

Donald Tramp Donald Tramp

Tramp tünd mavi rəngli maskadan istifadə edib. Maskanın yan tərəfində qızılı rəngdə prezident möhürü olub.

“Düşünürəm ki, maska taxmaq əladır. Mən heç vaxt maskalara qarşı olmamışam. Ancaq hər şeyin vaxtı və yeri var”, - deyə Tramp jurnalistlərlə söhbətində bildirib.

Qeyd edək ki, Tramp buna qədər ictimai yerlərdə maskadan istifadə etməyib.

Son xəbərlər
Bütün xəbərlər »