Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfqanıstanda avtomobilin partladılması nəticəsində 6 nəfər ölüb

Əfqanıstanın Qəzni əyalətində partlayıcı quraşdırılmış avtomobilin partladılması nəticəsində 6 dinc sakin ölüb.

APA xəbər verir ki, bu barədə “Tolo News” telekanalı əyalətin qubernatorunun mətbuat katibi Vahidulla Cumazadəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, insident Caqatu dairəsində baş verib.

Bildirilir ki, partlayıcı qurğunu avtomobilə “Taliban” radikal hərəkatının üzvləri yerləşdirib. Hərəkatın üzvləri isə partlayışa görə məsuliyyəti öz üzərlərinə götürməyiblər.

Son xəbərlər
Bütün xəbərlər »