Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
TƏBİB reanimasiyada olan koronavirus xəstələrinin sayını açıqlayıb
Koronavirus

Azərbaycanda süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı 49 nəfərdir.

Bu barədə "Report" Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir.

Qeyd edilir ki, xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən xəstələrin sayı 339 nəfərə çatıb.

Azərbaycanda 531 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 514 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 23 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 14 607 nəfər müalicə olunaraq sağalıb, 298 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 616 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 045 test aparılıb, bununla da ötən müddət ərzində aparılan testlərin sayı 560 356-ya çatıb.

Paylaş »
››› Bakıda sakinlər etiraz edir - Video
››› Rusiyalı həkim azərbaycanlı həmkarlarının səhvləri haqda: "İnsanın imkanları xaricindədir"
››› Elşad Mirinin qızı Amerikada 9 ali məktəbə qəbul oldu, prezident təqaüdünə layiq görüldü
››› DİN rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »