Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı həkim: Rusiyada olmayan antivirus preparatlar Azərbaycanda var

“Azərbaycanda reanimasiya şöbələrinin təchizatı yüksək səviyyədədir”.

Bu fikirləri rusiyalı pulmonoloq doktor Aleksandr Averyanov AZTV-nin efirindən səsləndirib.

Təcrübə mübadiləsi üçün Azərbaycana dəvət olunmuş Averyanov qeyd edib ki, bir neçə klinikada olub, lakin ən adi xəstəxanaların təzhizatı və reanimasiya şöbələrinin iş prinsipi onda heyranlıq yaradıb.Həkim eyni fikirləri ölkənin dərman preparatları ilə təchizatına da aid edib.

“Məsələn Rusiyada virus əleyhinə istifadə olunan yerli Famperaver adlı preparatı əldə etmək mümkün deyil. Burda isə sizin həkimlər onu təyin edirlər və xəstələr də rahatlıqla apteklərdən ala bilirlər.2015-ci ildə Ebolanın müalicəsində istfadə olunmuş Erindozevir preparat ının Azərbaycana gətirilməsi üçün müqavilə bağlanılıb.O reanimasiyadakı ağır xəstələr üçündür. Avropada bu preparat hələlik yoxdur”,- deyə o bildirib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »