Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Neftçi” TV fəaliyyətə başlamağa hazırdır
Televizor, televiziya

“Neftçi” TV üçün 70-80 faiz əməkdaş yığılıb. Avadanlıqlarımız da test yayımı üçün hazırdır. Test yayımına başlayanda bu barədə məlumat yayacağıq”.

Bunu oxu.az-a “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.

O, telekanala “İdman TV”dən şərhçi İsmayıl Abdullayevlə əməkdaşlıq edəcəklərini bildirib:

“İsmayıl Abdullayev bizdə aparıcı kimi işləyəcək. Həmçinin, Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsində oxuyan üç oğlan tələbəni aparıcı kimi dəvət etmişik. Qız aparıcı da axtarırıq. Elə adam axtarırıq ki, tələbə və efirdə yeni sima olsun. Test yayımından sonra onlar arasından da seçim edib, hansı tələbəni saxlayacağımıza qərar verəcəyik”.

Qeyd edək ki, test yayımdan sonra “Neftçi”nin televiziyası “YouTube” üzərindən səkkiz saatlıq rejimdə fəaliyyət göstərəcək. Gələcəkdə isə bu televiziyanın peykə çıxması nəzərdə tutulub.

Paylaş »
››› Cahangir Əsgərovun AZAL-ın pullarını hara xərclədiyi məlum oldu
››› “Kubada nə səhiyyə var ki, ordan həkim gətirirlər...”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib
››› Beyrutdakı partlayışın arxasındakılar -Türkiyə Fransa və ərəb dünyası ilə üz-üzə
Son xəbərlər
Bütün xəbərlər »