Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Koronavirusdan sağalanların immunitetində uzunmüddətli problemlər yaranır
Koronavirus

Koronavirusdan sağalanların immun sistemində uzunmüddətli pozuntular yaranır.

“İzvestiya”nın verdiyi məlumata görə, bu barədə Çinin Uhan şəhərində yerləşən Virusologiya İnstitutunun alimləri xəbərdarlıq ediblər.

Onlar qanlarında immun hüceyrələrin sayının zaman keçdikcə necə dəyişdiyini öyrənmək üçün koronavirusdan sağalan 55 xəstənin vəziyyətini araşdıraraq belə nəticəyə gəliblər.

Həkimlər koronavirusun limfositlərə (immunitetə cavabdeh olan qan hüceyrələrinə) təsirini araşdırarkən limfopeniyanın (qanda limfositlərin səviyyəsinin müvəqqəti və ya davamlı azalması) COVID-19-a yoluxanlarda tipik simptom olduğunu müəyyənləşdiriblər.

Bundan əvvəl, Harvard Universitetinin professoru Tobias Kurt koronavirus xəstələrinin sağalmasından bir neçə ay sonra da davam edən uzunmüddətli təsirləri barədə məlumat vermişdi.

Bununla belə, o, bu fəsadların xroniki hala gələ biləcəyi, yaxud zamanla keçəcəyini iddia etmək üçün virusun hələ kifayət qədər ətraflı öyrənilmədiyinə diqqət çəkmişdi.(oxu.az)

Paylaş »
››› Rus general: “Etiraf etmək lazımdır ki, Azərbaycan Ordusu daha güclüdür”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Girov götürülərək işgəncə verilən Azərbaycan vətəndaşının ailəsindən pul tələb edirlər
››› Alimlər Çində yayılan yeni SFTS virusunun COVID-19-la fərqini araşdırır
››› Türkiyədə koronavirusla bağlı son vəziyyət
Son xəbərlər
Bütün xəbərlər »