Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Facebook siyasi reklamı qadağan edə bilər

Facebook rəhbərliyi bu ilin noyabrında ABŞ-da keçiriləcək Prezident seçkiləri öncəsi sosial şəbəkədə siyasi reklam yerləşdirilməsinə qadağa tətbiq edilməsini nəzərdən keçirir.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Mümkün qadağanın hələ də müzakirə edildiyini bildirən agentliyin məlumatına görə, məqsəd istifadəçiləri seçki ilə əlaqəli yanlış ola biləcək məzmundan qorumaqdır.

Bununla birlikdə, Facebook rəhbərliyi reklam qadağanının seçki kampaniyalarına mənfi təsir göstərə biləcəyinə və ya namizədlərin son xəbərlərə və ya yeni məlumatlara cavab imkanlarını məhdudlaşdıra biləcəyinə dair narahatlıq keçirir.

Son xəbərlər
Bütün xəbərlər »