Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusun dərmanı açıqlanan kimi dünya birjalarında canlanma başladı

Bu gün koronavirusla bağlı ölüm hallarını kəskin azaldan dərmanın adı açıqlandıqdan dərhal sonra dünya birjalarında canlanma başlayıb. İndeks, əmtəə və səhmlərin qiyməti sürətlə artmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, "Gilead Sciences Inc." şirkəti bu gün "remdesivir" dərmanının COVİD-19 xəstəliyi ilə bağlı ölüm hallarını nə az, nə çox, düz 62 faiz azaltdığını açıqlayıb. Həmçinin şirkət yaxın günlərdə dərmanın effekti ilə bağlı hesabatın açıqlanacağını bildirib.

Şirkətin bu açıqlaması dünya bazarlarında optimizmi artırıb və iqtisadi canlanmaya yol açıb. Virusdan ölüm hallarının minimuma endirilməsi ilə bağlı gözləntilər dünya bazarlarında vəziyyəti yaxşılığa doğru dəyişdirib.

Ticarət sessiyası ərzində Brent markalı neftin bir barrelinin qiyməti 2,5 faiz artaraq 43,5 dollara çatıb. Xam neftin qiyməti 3 faiz artaraq 40,7 dollar təşkil edib.

ABŞ-ın 30 "blue chip" şirkətini özündə birləşdirən "Dow Jones" indeksi 1,25 faiz artıb.

Səhm bazarında "Ford" 3,5 faiz, "JP Morgan" 5,6 faiz, "Netflix" 8 faiz, "Tesla" 7 faiz, "Bank of America" 5 faiz dəyər qazanıb.

Qeyd edək ki, "remdesivir" pandemiyadan xilas vasitəsi kimi qəbul olunur.

Son xəbərlər
Bütün xəbərlər »