Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çempionlar Liqasında oyunların tarixi açıqlanıb

Çempionlar Liqasında 1/4 final, yarımfinal və final təqivimi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA qarşılaşmaların keçiriləcəyi tarixi açıqlayıb.

Bir oyundan ibarət olacaq matçlar Portuqaliyanın paytaxtı Lissabonda yerləşən "Da Luz" və "Joze Aveado" stadionlarında baş tutacaq.

Final oyunu avqustun 23-də "Da Luz" arenasında olacaq.

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 final cütlərində cavab matçları avqustun 7-8-də keçiriləcək.

Çempionlar Liqası

1/4 final

12 avqust

“Atalanta” (İtaliya) - PSJ (Fransa)

13 avqust

“Leypsiq” (Almaniya) - “Atletiko” (İspaniya)

14 avqust

“Napoli” (İtaliya)/“Barselona” (İspaniya) cütünün qalibi - “Çelsi” (İngiltərə)/“Bavariya”(Almaniya) cütünün qalibi

15 avqust

“Real” (İspaniya)/“Mançester Siti” (İngiltərə) cütünün qalibi - “Lion” (Fransa)/“Yuventus” (İtaliya) cütünün qalibi

Yarımfinal

18 avqust

“Leypsiq”/“Atletiko” cütünün qalibi - “Atalanta”/PSJ cütünün qalibi

19 avqust

“Real”/“Mançester Siti” - “Lion”/“Yuventus” cütlərinin qalibi - “Napoli”/“Barselona” - “Çelsi”/“Bavariya” cütlərinin qalibi

Final

23 avqust

Son xəbərlər
Bütün xəbərlər »