Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentin səhiyyə məsələləri üzrə köməkçisi postunun yaradılması təklif edildi

"Dünyanın bir çox dövlətlərində ölkə başçısının səhiyyə məsələləri ilə məşğul olan köməkçi vəzifəsi mövcuddur.

Ölkədə koronavirus infeksiyasının yayıldığı bir dövrdə savadlı, peşəkar tibb mütəxəssisinin dövlət başçısının səhiyyə məsələləri üzrə köməkçisi vəzifəsində çalışmasına ehtiyac var".

Bizimyol.info xəbər verir ki, bu təkliflə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, alim Nuran Abdullayev çıxış edib.

Alim bildirib ki, koronavirusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində görülən işlərlə bağlı Prezidenti mütəmadi olaraq məlumatlandırmaq, ölkədəki cari vəziyyəti analiz etmək üçün tibb sahəsində peşəkar mütəxəssis olan köməkçi zərurəti yaranıb: "Hazırda bütün dünyada olduğu kimi bizim də ölkəmiz təhlükəli pandemiya ilə üz-üzə qalıb. Azərbaycan hökuməti də ilk gündən pandemiya ilə mübarizədə tədbirlər görməyə başladı. Bu tədbirlər sonda daha da sərtləşdirildi. Amma görünən odur ki, virusun yayılma sürəti görülən qabaqlayıcı tədbirləri üstələyir. Belə olduğu təqdirdə düşünürəm ki, dövlət başçısına bunun səbəblərini incələyib və problemləri zamanında çatdıra biləcək səhiyyə məsələləri üzrə köməkçi lazımdır. Bu, həm də nəinki xalqın tibbi problemlərini, eləcə də səhiyyə işçilərinin problemlərini gecikmədən bir başa Prezidentə məruzə etmək və onların qısa zamanda həll olunmasına köməklik göstərmək deməkdir. Həmin köməkçi vəzifəsinə isə gənc və perspektivli, tibb sahəsində peşəkar və kifayət qədər elmi nəaliyyətləri olan mütəxəssis layiq görülməlidir. Məhz köməkçi pandemiya zamanı ölkədə xəstəliklə bağlı vəziyyəti hər gün, hər saat birbaşa dövlət başçısına məruzə etməli və həmçinin də Prezidentin tapşırıq və tövsiyələri vaxtında icra olunmalıdır".

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »