Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Avropanın daha bir ölkəsində insanlar etiraz üçün küçələrə axışdı
Avropanın daha bir ölkəsində insanlar etiraz üçün küçələrə axışdı

Serbiyada yenidən karantin rejiminin tətbiqinə görə böyük etiraz dalğası müşahidə olunur. Avropanın daha bir ölkəsində insanlar küçələrə axışıb.

Bizimyol.info xəbər verir ki, Yunanıstanın 40 yaşayış məntəqəsində etirazlar başlayıb. Onminlərlə insan hökumətin sərbəst toplaşma azadlığının məhdudlaşdırılmasına xidmət edən yeni qanun layihəsinə narazılığını bildirir.

Əvvəlcə aksiya Afinada başlayıb və yalnız dinc xarakter daşıyırmış. Amma etirazçılar zamanla daha sərt davranmağa başlayıb. Polisə hücumlar olub. Etirazçılar hücum zamanı pirotexnik vasitələrdən istifadə edib. Polis hücuma gözyaşardıcı qaz və səs bombası ilə cavab verib. Asayiş keşikçilərindən 6-sı yaralanıb, etirazçılardan 24-ü həbs olunub.

Yeni qanun layihəsinə görə, qanunverici orqan bir sıra hallarda sərbəst toplaşma imkanını məhdudlaşdıra bilər. Yəni prokurorluq qarşıdurma ehtimalının olacağını düşünərsə, təşkilatçı tərəfə “yox” demək hüququnu saxlayır. Baş nazir Kiriakos Mitsotakis deyib ki, yeni qaydaların tətbiqi ictimai təhlükəsizliyə xidmət edir. Hökumət rəhbəri etirazçıların başqa insanların rahatlığını pozmasına imkan verilməyəcəyini söyləyib.

Müxalifət liderlərindən Aleksis Tsipras polis dövləti yaratmaq cəhdlərindən danışıb. Onun sözlərinə görə, pandemiyanın yaratdığı iqtisadi böhran üzündən payızda daha böyük etiraz aksiyaları olacaq.

Paylaş »
››› Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı açıqlama
››› Övladlarının təhsili üçün ildə 300 min dollar xərcləyən deputatın adı açıqlandı - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Deputatla Ramin Bayramlı arasında gərginlik
››› Çavuşoğlu: "Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır"
Son xəbərlər
Bütün xəbərlər »