Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çimərliklərin açılmamasının səbəbi açıqlanıb

“Epidemioloji vəziyyətin dəyişməsindən asılı olaraq, sərt karantin rejimi tətbiq olunan rayon və şəhərlərin siyahısı dəyişə bilər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Yaqut Qarayeva Yaqut Qarayeva

Y. Qarayeva qeyd edib ki, siyahıda yer almayan rayon və şəhərlərdə vəziyyətə uyğun olaraq belə qərar verilib: “Çimərliklərin açılmasına gəlincə, Bakı ətrafında çimərliklər açılsa, ora axının necə olacağını təsəvvür etmək çətindir. Kimsə sosial məsafənin az olmasına, sıxlığına görə çimərliyə buraxılmasa, başqa problemlər ortaya çıxa bilər. Hamı kimi çətinliyi biz də başa düşürük”.

Son xəbərlər
Bütün xəbərlər »