Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karantin dövründə sürücülük vəsiqəsi verilirmi... - Rəsmi cavab

Bizimyol.info redaksiyasına çoxlu sayda izləyici müraciət edərək sürücülük vəsiqələrinin alınması üçün imtahan mərkəzlərinin işləyib işləmədiyini soruşurlar. Oxucularımızın marağını nəzərə alıb bu barədə əlaqədar qurumlara sorğu göndərdik.

BDYPİ-nin Yol Patrul Xidməti (YPX) şöbəsinin rəisi Kamran Əliyevə əlimiz yetməsə də Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirdi ki, sürücülük vəsiqəsi almaq mümkündür.

Vaqif Əsədov Vaqif Əsədov

“Lakin pandemiya dövründə qoyulan qaydalara əməl etmək, maska və gigiyenik vasitələrdən istifadə etmək mütləqdir”.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev də Bizimyol.info-ya verdiyi açıqlamada qeyd etdi ki, pandemiya dövründə polisin bütün strukturları işləyir, hesab edirəm ki, sürücülük vəsiqəsinin alınmasına da məhdudiyyət qoyulmayıb”.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »