Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evdə müalicə olunan koronaviruslu xəstələrin sayı açıqlanıb

Bakıda əhalinin sıx olması və yoluxanların sayının çox olması ilə əlaqədar təcili yardımın işini yüngülləşdirmək üçün poliklinikalar vasitəsi ilə ev şəraitində müalicəyə başlanıb”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov bildirib.

Səhiyyə Nazirliyinin aparat rəhbəri deyib ki, Bakıda 10202 nəfər ev şəraitində müalicə alır: “Onların içərisində simtomsuz, yüngül və testi neqativ nəticə verən insanlar da var. Bu qaydanın regionlarda tətbiqinə isə hələ ehtiyac yoxdur”.

Son xəbərlər
Bütün xəbərlər »