Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ikinci dalğada boğulur- Koronavirusun dünya hakimiyyəti davam edir

Dünyanın bir çox ölkələrində koronavirusun yenidən qüvvətlənməsi karantin tədbirlərinin güclənməsinə start verib.2020-ci ilin baharını dünya təcridolunmuş və karantin şəraitində keçirdi.Yumşaldılma tədbirlərindən sonra isə hamı yenidən başa dönməli oldu.

Yunanıstanda turistlərə qapı açılması , Tokioda gecə klublarının fəaliyyətə başlaması virusun yayılmasını sürətləndirdi. Hindistan və ABŞ-da hələ birinci dalğa belə bitməyib. Pandemiya dövründə dünyaya örnək nümunə olan İsrail də ikinci dalğa ilə savaşa başlayıb. Ekspertlər İsrail hökumətini yumşaldılma tədbirlərinə strategiyasız və sürətlə başladığına görə tənqid edirlər. Məktəb və bağçalar anidən açıldı və orda maska taxılması əmr edilmədi.Hökumət bu həftə yenidən karantini sərtləşdirdi.

Yeni qaydaları həmişə tətbiq etmək mümkün deyil. Serbiyada komendant saatına görə etiraz aksiyalarından sonra ölkə prezidenti həftə sonu qadağaları ləğv etməli olub. Mart ayında karantin dövründə yoluxma sayı az olsa da, mayda yumşaldılam tədbirləri ilə ölkə ikinci dalğa ilə üz-üzə qaldı. Ekspertlər prezidenti qaydaları yumşaltmaqda ittiham etsələr də, o ölkə iqisadiyyatı naminə buna məcbur olduğunu etiraf edib.

Yaponiya isə hələlik məhdudiyyətləri artırmağa tələsmir. Mağaza, klub və restoranlar açıqdır. Əyləncə məkanlarının sıx yerləşdiyi rayonlarda daha çox yoluxma qeydə alınır.

Hindistanın dövlət rəhbərləri yoluxma sayının artmasında xalqı günahkar bilir, gigiyenik qaydalara əməl etməyə çağırılar.

Braziliyada vəziyyət o qədər kəskindir ki, hətta ölkə prezidenti belə yoluxub.

Ən güclü zərbə isə ABŞ-a dəyib. Bu ölkədə 3 milyondan çox insan virusa yoluxub və rəqəmlər artmaqdadır.Ölkədə ÜDM 4,6 fazi azalıb. Sentyabr ayında iqtisadi artımın bərpasına ümid edilir.

İşsizlik səviyyəsi 3 dəfə yüksəlib. Tramp Talsa şəhərində seçkiqabağı kampaniya keçirdikdən sonra xəstəliyin burda kəskin artımı qeydə alınıb.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »