Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
50 lirəlik əskinası 75 minə almaq istədilər, satmadı

Antalyada yaşayan Mustafa Şahin əlində olan 50 lirəni 75 min lirəyə satın almaq istəyənlərə “yox” cavabı verib.

Mustafa Şahinin 50 lirəsini bahalı edən onun xətalı şəkildə çap olunmasıdır. Belə ki 50 lirənin sağ güncündə qiymət nominalı olaraq 50 əvəzinə 5 yazılıb. Pulun öncə saxta olduğunu düşünən Mustafa Şahin onu bankda yoxlatdırarkən çap xətası olduğunu anlayıb.

Kolleksiyaçılar bu əskinasa 75 min lirə təklif etsə də, sahibi özü bundan sonra valyuta kolleksiyası toplayacağını bildirib.

Bəs siz necə, alış – verişdə işə yaramayan xətalı pulu satardınızmı?

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »