Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Bergen Anlaşması”nın müddəaları ilə bağlı fikir mübadiləsi aparılıb
Səfər Mehdiyev

İyulun 10-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev ilə Avropa İttifaqının Beynəlxalq və Ümumi İşlər üzrə direktoru Sabine Henzler arasında videokonfrans formatında görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə rəhbəri qismində təmsil olunduğu görüşdə “Bergen Anlaşması”nın müddəaları ilə bağlı fikir mübadiləsi aparılıb. Videokonfransda İspaniya Gömrük Xidmətinin öz iradəsi xaricində təmsil olunduğu altqrupu tərk etməsi xüsusi müzakirə mövzusu olub. DGK sədri Səfər Mehdiyev İspaniyanın müvəqqəti olaraq Qərb altqrupunda təmsil olunmasını təklif edib.

Eyni zamanda, görüşdə gömrük xidmətlərinin fəaliyyətinin pandemiyanın şərtlərinə uyğun şəkildə qurulması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, potensialın gücləndirilməsi ofislərinin gələcək fəaliyyətinin təşkili və tənzimlənməsi ilə bağlı təklif və rəylər nəzərdən keçirilib.

Qeyd edək ki, 2009-cu ildə Bergen şəhərində imzalanan saziş Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyası, Maliyyə və Audit Komitələrində Avropa Regionunun təmsilçiliyinə dair prosedurları özündə ehtiva edir.

Ötən il Ümumdünya Gömrük Təşkilatının Avropa regionu üzrə sədr müavini seçilən Azərbaycan həm Şuranın, həm də Siyasi Komissiyanın sessiyalarında artıq regionun adından çıxış edir, Avropa regionu gömrük xidmətlərinin maraqlarını qoruyur.

Paylaş »
››› Cahangir Əsgərovun AZAL-ın pullarını hara xərclədiyi məlum oldu
››› Bill Qeyts koronavirusdan da dəhşətli fəlakət barədə xəbərdarlıq edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Bakıda ata azyaşlı övladının boğazını kəsib şəklini arvadına göndərib - Foto
››› Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib
Son xəbərlər
Bütün xəbərlər »