Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazaxıstanda yeni və daha ölümcül virusun yayılması barədə xəbərdarlıq edilib

Çin öz vətəndaşlarına Qazaxıstan ərazisində yeni növ virusun yayılması barədə xəbərdarlıq edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Çin səfirliyinin səhifəsində məlumat yerləşdirilib.

Səfirlik KİV məlumatlarına istinadla bildirib ki, iyunun ortasında Qazaxıstanın 3 vilayətində pnevmoniya xəstəliyi kəskin şəkildə artıb. Yeni növ xəstəliyin ölümlə nəticələnmə halları COVİD-19-dan qat-qat çoxdur. Səfirliyin məlumatında hazırda 500 nəfərin yoluxduğu, 30 nəfərin vəziyyətinin kritik olduğu da qeyd edilir. Pekin ölkə vətəndaşlarına son dərəcə ehtiyatlı olmağı və insanların sıx toplaşdığı ərazilərdən uzaq durmağı tövsiyə edib.

Qazaxstan Səhiyyə Nazirliyi isə yeni virus barədə xəbərləri təkzib edib.

Qeyd edək ki, Qazaxısatnda koronavirus pandemiyasına görə ajiotaj yaranıb və apteklərdə dərman preparatları demək olar ki yox səviyyəsindədir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »