Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Canəli Əkbərovu oğlunun dəfninə buraxmadılar
Canəli Əkbərov

Xəbər verdiyimiz kimi, dünən gecə Azərbaycanın Xalq artisti Canəli Əkbərovun oğlu Asəf Əkbərov vəfat edib.

“MediaPost”un məlumatına görə, mərhumun nəşi bu gün səhər saatlarında doğulub boya-başa çatdığı Lənkəran rayonu Tükəvilə kəndinə aparılıb.

Canəli Əkbərovun qız nəvəsi Günel Əkbərova “MediaPost”a açıqlamasında dayısının qaraciyər çatışmazlığından dünyasını dəyişdiyini bildirib: “Uzun müddət idi, Asəf Əkbərov müalicə alırdı. Son zamanlar müalicəsi ev şəraitində aparılırdı. Həkimlər dayımın qara ciyərinin metastaz verdiyini bildirmişdilər. Dünən axşam qan qusaraq dünyasını dəyişdi”.

Günel Əkbərova babasının dəfn mərasimində iştirak etmədiyini də açıqlayıb: “Həkimlər babamın dəfn mərasimində iştirakına icazə vermədilər”.

Paylaş »
››› Bakıda sakinlər etiraz edir - Video
››› Rusiyalı həkim azərbaycanlı həmkarlarının səhvləri haqda: "İnsanın imkanları xaricindədir"
››› Elşad Mirinin qızı Amerikada 9 ali məktəbə qəbul oldu, prezident təqaüdünə layiq görüldü
››› DİN rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb
››› Vaqif Əsədovdan ləğv olunan cərimə ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »