Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alim Azərbaycana Rusiya və Türkiyədən həkim çağırılmasına etiraz edir

 İqtisadçı ekspert Qubad İbadoğlu Azərbaycanda koronavirusla bağlı vəziyyətlə əlaqədar xaricdən ekspertlərin gətirilməsinə etirazını bildirib.

O qeyd edib ki, Rusiya və Türkiyədən ekspertlərin gətirilməsi o mənada anlamsızdır ki, sözügedən ölkələrdə vəziyyət bizdən daha pisdir. “Verilən məlumatlardan bəlli olur ki, artıq Türkiyə və Rusiyada koronavirus sahəsində çalışan bir qrup mütəxəssis Azərbaycana gəlib. Bu günədək Türkiyədə 209962 nəfər yoluxub, 5300 nəfər dünyasını dəyişib, ölüm faizi 2,5 faizdir, son günün yoluxması 1000 nəfərdən çox olub, Rusiyada 707301 nəfər yoluxub, 10843 nəfər dünyasını dəyişib, ölüm faizi 1,53 faizdir, son günün yoluxması 6509 olub. Hər iki ölkə virusa ən çox yoluxan ilk onluğa daxildir və hər iki ölkədə ölüm faizi Azərbaycandan yüksəkdir. Azərbaycanda vəziyyət Türkiyədən və Rusiyadan yaxşı görsənir”,- deyən ekspert öz həkimlərimizin peşəkarlığının daha da artırılmasını təklif edib.

Qubad İbadoğlu Qubad İbadoğlu

“2020-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri 1,369 milyard manata nəzərdə tutulub ki, bu da əvvəlki ilin səhiyyə büdcəsi ilə müqayisədə 34 faiz artım hesabına baş verib. 2020-ci il üçün dövlət büdcəsinin səhiyyə ilə bağlı xərclərin 79,7 faizinin və ya 1091 milyon manatının icbari tibbi sığorta sisteminin tətbiqinə yönəldilməliydi.Ona görə də cari il üçün səhiyyə bölməsinin inzibati təsnifat üzrə strukturunda roqnozlaşdırılmış xərclərin 10,5 faizi isə Səhiyyə nazirliyinə, yerdə qalan hissəsi isə TƏBİB-ə aiddir. Görünür ki, icbari tibbi sığortanı ölkə üzrə tətbiq edə bilməyən TƏBİB büdcə pullarını xərcləməyin yeni üsullarını axtarır. Əgər həqiqətən də TƏBİB-ə xaricdən dəstək lazım idisə, nədən aprelin 6-da "Xaricdə yaşayan Azərbaycanlı həkimlər, tibb işçiləri və tibb sahəsində təhsil alan tələbələri təmsil edən cəmiyyətlər" tərəfindən edilən rəsmi müraciətə indiyə qədər cavab verməyib?

Həmin müraciətdə ABŞ, Almaniya, İsrail və Türkiyədə çalışan azərbaycanlı həkimləri birləşdirən tibb dərnəkləri asssosiasiyalarının rəhbərləri hər cür dəstəyə hazır olduğunu bildirməsinə baxmayaraq TƏBİB onlara 3 ay ötməsinə baxmayaraq hətta məktublarını aldıqları bardə bildiriş belə göndərməyib. Əgər TƏBİB-ə həqiqətən xaricdən dəstək lazımdırsa, onda niyə qonşu Gürcüstandan və Almaniyadan həkimlər dəvət etmir? Hansı maraqla yalnız Rusiyadan və Türkiyədən həkim gətirir?

Hesab edirəm ki, hazırda ən düzgün strategiya Azərbaycan həkimlərinin kvalifikasiyasını artırmaq, onların bacarıqlarını çoxaltmaq üçün vaxtında Gürcüstana və Almanyaya təcrübə mübadiləsi proqramlarına göndərmək olardı. Bununla yanaşı, hazırda çox önəmli olanı həkimlərimizə güvənmək və onların sosial-iqtisadi təminatını və təhlükəsizliyini təmin etməkdir. Odur ki, milyonlarla dollar xərcləyib, xaricdən, xüsusilə də Rusiyadan həkimlər dəvət etməyə dəymir, həmin pulları öz həkimlərimizə ödəyin, cənablar!. Ruslar dərman bilsəydi öz başlarına sürtərdi”,- deyə alim qeyd edib.

Ilham Məmmədov Ilham Məmmədov

Alimin bu fikrinə cavab olaraq Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov Bizimyol.info-ya verdiyi açıqlamada qeyd edib ki, bu gün dünyanın ən inkişaf etmiş dövlətləri belə koronavirusla mübarizədə bir- birlərinə dəstək göstərir, yardım qəbul edirlər. “Pandemiya ümumbəşəri məsələdir. Rusiya və Türkiyədən mütəxəssislərin gəlməsi qəbuledilən bir şeydir. Bu saat dünyaınn ən inkiaf etmiş ölkələri bir-birlərindən təstək alır, təcrübə mübadiləsi aparır. Bu gün dünya xəstəliklə mübarizədə həmrəylik nümayiş etdirir. Biz həkimlərimizi təkmilləşməyə göndərmək və bunun üçün mütəxəssis dəvət ediriksə, bu qınanılmamalı, əksinə təqdir edilməlidir. Çünki, zamanla savaşırıq. Rusiya da Türkiyədə səhiyyə sistemində uğurlar qazanmış və oturuşmuş sistemə malik ölkələridir. Əgər dövlət başçısının göstərişləri olmasaydı, biz daha çox itkilərlə qarşılaşmış ola bilərdik. İndi atılan bu addımlar da daha böyük fəlakətlərin qarşısının alınmasına hesablanıb. Təcürbəli mütəxəssislərin dəvət edilməsi müsbət haldır və bunu başqa yerə yozmaq lazım deyil.Bu gün sənin mənim, onun bunun söhbəti yoxdur. Biz hamımız bəşəriyyətin övladlarıyıq və bu gün insanlığa qarşı təhdid var. Bu gün kimin hansı biliyi var, dəstək verməlidir.

Türkiyəli həkimlər 3 aydır azərbaycandadırlar. Modul tipli xəstəxanalar tikildi. Onlar yeni tibbi personlalla təmin olundu. Mexanizm tez işə salınsın deyə mütəxəssislər dəvət olundu və bu öz səmərəsini göstərdi. Bizim tək bir yolumuz var.Özümüzü qorumaq və xəstəliyə qarşı güclənmək. Dövlət bunu etmək üçün bütün lazımi addımları atırsa buna başqa don geyindirmək yox, sağ ol demək lazımdır”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »