Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən zəngin insanı hər gün bir az da varlanır
Dollar

Qlobal səhiyyə böhranı dünyanın ən zəngin insanı Ceff Bezosa düşərli olub. “Amazon” şirkətinin rəhbəri hər gün bir az da varlanır.

Bizimyol.info xəbər verir ki, şirkətin səhmlərinin dəyərinin artması Bezosa böyük fayda verib.

Ceff Bezos Ceff Bezos

Bir səhmin qiyməti 3083 dolları keçib. Bu isə “Amazon”un kapitalının 1.54 trilyon dollara çatması deməkdir.

Şirkətin səhmlərinin 11.1 faizi Bezosa məxsusdur. Məhz bu amil amerikalı iş adamının sərvətinin 182.6 milyard dollara çatmasına kömək edib.

Martda “Amazon”un vəziyyəti heç də yaxşı deyildi. Səhmlərin dəyəri 15 faiz aşağı düşmüşdü. Amma onlayn-mağazalara tələbatın artması səhmlərə də 80 faiz dəyər qazandırdı.

Bezos 2017-ci ilin iyulundan dünyanın ən zəngin insanı adını ələ keçirib. İş adamı təkcə son bir ildə sərvətini 67.9 milyard dollar artırıb.

Dünyanın ən zəngin insanlarının siyahısında ikinci yerdə Bill Qeyts qərarlaşıb. “Microsoft”un rəhbərinin 115 milyard dolları var.

Paylaş »
››› Ramin Bayramlını belə parodiya etdilər - Video
››› Çiy ət parçası hərəkətə gəldi, aşpazı qorxuya saldı – Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Bill Qeyts koronavirusdan da dəhşətli fəlakət barədə xəbərdarlıq edib
››› "TƏBİB heç nə bacarmır, evimizi yıxan da qohumbazlıqdır"
Son xəbərlər
Bütün xəbərlər »