Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
202 yaşı olan şirkət müflis oldu

Əsası 1818-ci ildə qoyulan “Brooks Brothers” müflis elan olunub. ABŞ şirkəti bunun üçün məhkəməyə müraciət edib.

Bizimyol.info xəbər verir ki, 202 yaşı olan “Brooks Brothers” fəaliyyətini dayandırıb. Geyim şirkəti daha ayaqda qalmaq gücündə deyil.

“Brooks Brothers” təkcə mayda 20 milyon dollar borca düşüb. ABŞ-da vəziyyət getdikcə pisləşir. Geyim şirkəti fəaliyyətini davam etdirə bilməyəcəyinə əmin olub.

“Brooks Brothers” bu illər ərzində ABŞ-ən əksər prezidentlərinin işinin şahidi olub. Con Kennedi və Barak Obama məhz bu şirkətin məhsullarından istifadə edirmiş.

“Brooks Brothers”in ABŞ-da 500-dən çox mağazası var. Şirkətin 4 mindən çox əməkdaşı işsiz qalacaq. Halbuki “Brooks Brothers” keçən il 991 milyon dollarlıq satış etmişdi.

Son xəbərlər
Bütün xəbərlər »