Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST-ün İstanbulda ofisi açılacaq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İstanbulda ofisi açılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Ankarada səfərdə olan ÜST-ün Avropa üzrə direktoru Hans Kluqe ilə keçirilən mətbuat konfransında bildirib. O deyib ki, ÜST-ün İstanbul ofisi Covid-19 pandemiyası çərçivəsində gündəlik ehtiyacları ödəyəcək, səhiyyə ilə bağlı mühüm xidmət sahəsi kimi fəaliyyət göstərəcək.

Kluqe isə açıqlamasında bunları qeyd edib:

“Məhdudiyyətlərin götürülməsindən sonra ilk səyahətimi Türkiyəyə etdim. “Postcovid” mərhələsinə başlayırıq.

Türkiyə Covid-19-la mübarizədə mühüm dönüş nöqtəsindədir. Yoluxma və ölüm faktı 75% azalıb. Türkiyə test sayını iki dəfə artırdı. Yaşlı insanların ölüm sayı ilə bağlı da böyük uğura imza atıb”.

Son xəbərlər
Bütün xəbərlər »