Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsi miqrantları Türkiyəyə qaytarır - Video

Türkiyənin ilin əvvəllərində Avropa ilə problem yaşadığı dönəmdə Yunanıstana xeyli miqrant üz tutmuşdu. Avropa ölkəsi həmin əcnəbiləri zamanla geri qaytarmağa çalışır.

Bizimyol.info xəbər verir ki, Adela Əl Şarua Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki yaxınlığındakı Diavata düşərgəsində bununla bağlı dəlillər toplayır. “Deutsche Welle” bu məsələ haqda reportaj hazırlayıb.

Suriya əsilli qadın Çexiya vətəndaşıdır. Aylarla Asiyadan, Afrikadan olan miqrantların güclə Türkiyəyə qaytarılmasını araşdırır. Diavata düşərgəsində ona deyiblər ki, xeyli adam Yunanıstandan çıxarılıb. Onlar bunun öz başına da gələ biləcəyindən ehtiyat edir.

Adela Əl Şarua beynəlxalq hüquq normalarının kobudcasına pozulduğunu düşünür. Onun “Deutsche Welle”yə göstərdiyi kadrlarda miqrantların kiçik qayıqlar vasitəsilə Türkiyəyə yaxın ərazidə suya atılması görünür. Yunanıstan hökuməti isə iddiaları rədd edir. Türkiyənin qonşu ölkəsi heç bir miqranta qarşı güc tətbiq edilmədiyini, zorla çıxarılma olmadığını bildirir.

Türkiyə ilə sərhədin 300 kilometrliyində yerləşən Salonikidə xeyli miqrant toplaşıb. Onlar boş binaların birində tibbi yardım ala bilir. Bu işdə alman tibb bacısı Roze Hansen böyük kömək göstərir. O, yunan polisinin miqrantlarla sərt davrandığını etiraf edir: “Miqrantların bir avtobusa mindirilib aparıldığını özüm gördüm. Sonra onları heç cür tapa bilmədik. Sonradan həmin 30 adamın Türkiyəyə göndərildiyini öyrəndik”.

Roze Hansen də jurnalistlərə telefonla çəkilmiş video göstərib. Görüntülərdə miqrantların harasa aparılması nəzərə çarpır.

“Deutsche Welle”nin Türkiyədə söhbət etdiyi miqrantların bir çoxu yunan polisinin onları necə döyməsi haqda danışıb, bədənlərində zorakılıq əlamətlərini göstəriblər.

Son xəbərlər
Bütün xəbərlər »